Yayın gəlişi ilə əlaqədar Zaqatala rayonunun yaşayış məntəqələrini baş verə biləcək sel təhlükəsindən qorumaq məqsədilə rayon ərazisindən axan Tala, Muxax, Katex və digər dağ çaylarında mühafizə tədbirləri aparılır.
Ümumilikdə, Zaqatala rayonunun ərazisindən 12 iri və xırda dağ çayı keçir.
Mövsümlə əlaqədar baş verə biləcək sel təhlükəsinin qarşısını almaq məqsədilə rayon ərazisində olan dağ çaylarının ən təhlükəli hissələrinə texnika cəlb olunub.
Mövzu ilə bağlı Baku.TV-nin ətraflı süjetini təqdim edirik: