Azərbaycan Sosial Müdafiə Fondu icbari sosial sığorta üzrə ödənilən beş sosial vəsaitin verilmə prosesini avtomatlaşdırıb.
Oxu.Az Novosti.az-a istinadən xəbər verir ki, bu, elektron xidmətin təqdimatı may ayının 2-si ASMDF-da olacaq.
Yeni xidmət vətəndaşlardan:
- Əmək qabiliyyətinin itirildiyinə görə;
- Hamiləlik və doğuşa görə;
- Uşağın doğulmasına görə;
- 3 yaşına qədər uşaqlara qulluğa görə;
- Dəfnə görə;
vəsaitlərin ödənilməsi üzrə müraciət qəbul edir.
DSMF-in şöbə müdiri Məmməd Nuriyev təqdimatın gedişatında qeyd edib ki, 2013-cü ildə icbari sığorta hesabına 210 min vətəndaşa sığorta vəsaiti ödənilib, bu ödənişlərin əksəriyyəti əmək qabiliyyətinin itirilməsinə görə idi.
“Belə böyük kontingent üçün beş növ vəsaitlərin ödənilməsinin avtomatlaşdırılması bu sferada şəffaflığı artıracaq”, - Nuriyev deyib.
Xidmətdən istifadə və müvafiq proqram təminatı www.e-gov.az “Elektron hakimiyyət” saytındadır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 aprel tarixli sərəncamı ilə “Azərbaycan respublikasında 2014-2020-ci illər üçün informasiya cəmiyyətinin inkişafı üzrə milli strategiyası” təsdiqlənib.