"Space" Müstəqil Teleradio Şirkətində kadr dəyişikliyi olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Elçin Rəhman oğlu İsmayılov şirkətin baş direktoru Ayaz Mustafayevin müşaviri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, E. İsmayılov Azərbaycan Dillər Universitetinin məzunudur. O, müxtəlif özəl şirkətlərdə və bank sektorunda kreativ və kommunikasiya sahələri üzrə baş mütəxəssis, eləcə də direktor vəzifələrində fəaliyyət göstərib.
Yeni təyinatla Elçin İsmayılov "Space" televiziyasında idarəetmə və kommunikasiya istiqamətləri üzrə fəaliyyətini davam etdirəcək.

Qaynar xətt:
(055) 224 12 12