Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Su təchizatı infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihənin icrasına nə vaxt başlanılacaq?
"Azərbaycanda fevralın 15-dən etibarən su təchizatı infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi layihəsinin tam icrasına başlanılacaq".
Oxu.Az xəbər verir ki, bu sözləri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəhbərliyi ilə həyata keçirilən "Su şəbəkələrinə qoşulma" işçi qrupunun iclasında ADSEA sədrinin müşaviri Etibar Məmmədov deyib.
Müşavir qeyd edib ki, işlərin icrasında yaranan çətinliklərə baxmayaraq, irəliləyişlər əldə olunub:
"Müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edirik. Aidiyyəti qurumlar prosesə qoşulublar. Layihənin icrası işləri davam etdirilir".
O bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilən, cavabsız qalan müvafiq sənədlərin cavabı tezləşdirilməlidir:
"Yanvarın 16-dan etibarən bu quruma müvafiq sənədlər təqdim olunub. Sənədlərin bir qisminə geridönüş edilib, lakin bir qisminə hələ də cavab verilməyib. Yeni qaydalara əsasən, bir ay müddətində istehlakçıların tələblərinə cavab verilməli və texniki şərtlər təmin olunmalıdır ki, su təchizatı şəbəkəsinə qoşulmada bürokratik maneələr yaranmasın".
Aygün Mirakif
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)" teqi üzrə xəbərlər
- Bakıda magistral yolu su basıb, sakinlər problemin həllini gözləyirlər
- Etibar Məmmədov: "Yaxın gələcəkdə kanalizasiya sisteminə qoşulmada ciddi problem olmayacaq"
- "Kanalizasiya qoxusundan boğuluruq" - Suraxanıdan ŞİKAYƏT
- Maştağadakı su kanalında antisanitar vəziyyət yarandı
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ
Rəylər