Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qvardiola Çempionlar Liqasında yenə emosiyalarını saxlaya bilmədi: Başını və üzünü cırmaqladı
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının ümumi mərhələsinin sonuncu - 8-ci turunda Belçikanın "Brügge" komandasına qarşı oyunu izləyərkən emosionallığını saxlaya bilməyib. O, matçı alnında və başında cırmaq izləri ilə bitirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
Xatırladaq ki, ispaniyalı məşqçi noyabr ayında "Feyenord"la Çempionlar Liqası oyunu zamanı da üzünü cırmışdı. Həmin oyunda "şəhərlilər" üç qol üstünlüyünü əldən verərək 3:3 hesabı ilə heç-heçə etmişdilər.
"Mançester Siti" və "Brügge" arasında oyun İngiltərənin "Etihad" stadionunda baş tutub. Oyunu Xose Sançes Martinesin rəhbərlik etdiyi ispan hakimlər briqadası idarə edib. "Mançester Siti" 3:1 hesabı ilə qələbə qazanıb.
Çempionlar Liqasının ümumi mərhələsinin nəticələrinə görə "Mançester Siti" 11 xalla turnir cədvəlində 22-ci yeri tutub.
"Pep Qvardiola" teqi üzrə xəbərlər
- Qvardiola Çempionlar Liqasında "Mançester Siti"nin qələbə şansları barədə fikrini bölüşdü
- "Mançester Siti" klubu UEFA Çempionlar Liqasındakı son 11 ilin ən pis nəticəsinə imza atıb
- Pep Qvardiola 30 illik həyat yoldaşından futbola görə boşandı
- Pep Qvardiola həyat yoldaşından boşandı
- Pep Qvardiola ingiltərəli ulduza xəbərdarlıq edib
Rəylər