Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Subasma təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
"Mayın 26-da qonşu ölkələrin ərazisində Debit çayına yağan leysan nəticəsində çaydan güclü sel keçib, hazırda da davam etməkdədir".
Bunu Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
Onun sözlərinə görə, Debit çayının Kürə töküldüyünü nəzərə alaraq, Gürcüstanda Kürə yağan yağışlar nəticəsində çayın Tbilisi məntəqəsində səviyyənin kəskin artması müşahidə olunur:
"Bununla əlaqədar olaraq, 26-28 may tarixlərinə Kür çayının Qıraq Kəsəmən məntəqəsində çayın səviyyəsinin artacağı, Qazax, Ağstafa və Tovuz ərazilərində subasma olacağı istisna olunmur.
Yaranmış vəziyyətlə əlaqədar həmin ərazilərdə yaşayan əhalidən diqqətli olmaq xahiş edilir, sahillərdən məsafə saxlamaq tövsiyə edilir".
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Yağmursuz hava müşahidə olunur - FAKTİKİ HAVA - 25.02.2025
- Sulu qar yağacaq - 26.02.2025
- Bakıda 8, bəzi dağlıq ərazilərdə 25 dərəcə şaxta olacaq - 25.02.2025
- Qar örtüyünün hündürlüyü Zaqatalada 80, Lerikdə 70 santimetri keçib - 24.02.2025
- Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək? - XƏBƏRDARLIQ