Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində səkkiz ədəd elektrik sayğacı, bir ədəd qoruyucu açar və üç metr giriş-çıxış kabeli yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
15:48
Sumqayıtda yaşayış binasında yanğın baş verib.
APA xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisindəki yaşayış binasında qeydə alınıb.
Məlumatla əlaqədar FHN-in yanğından mühafizə bölmələri dərhal çağırış üzrə əraziyə cəlb olunublar.
Yanğının blokun girişində olan elektrik lövhəsində baş verdiyi bildirilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğının mənzillərə keçməsinin qarşısı alınıb.