Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə ŞAD XƏBƏR
"Yaxın zamanda Şuşa rayonunun Daşaltı kəndində daşınmaz əmlak əldə etmək istəyənlər üçün özəl evlərin tikintisinə başlanacaq".
"Trend" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
"Ayrıca qeyd etmək istəyirəm ki, Şuşa şəhərinin yaxınlığında yerləşən Daşaltı kəndində ilkin turizm infrastrukturunun tikintisinə başlanılıb. Həmçinin, investisiya qoymaqda maraqlı olan sahibkarlar üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Tezliklə vətəndaşlar üçün fərdi evlərin sərbəst tikintisi prosesinə başlanılacaq", - o deyib.
Qeyd edək ki, tədbirin əsas məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarını və biznes perspektivlərini təqdim etmək, həmçinin, dövlət-özəl tərəfdaşlıq modelini müzakirə etməkdir. Bundan başqa, tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən güzəşt və üstünlüklər, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpası və iqtisadi reinteqrasiyasında sahibkarların rolu barədə panel müzakirələr təşkil olunub.
Xatırladaq ki, Milli Qurtuluş Günü və Qurban bayramı ərəfəsində 4-5 gün ərzində Şuşaya 13 minə yaxın turist səfər edib.
"Şuşa" teqi üzrə xəbərlər
- Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala konsert keçirilib
- Azərbaycan və Türkiyə generalları nələri müzakirə etdilər?
- Baş katib: "Qısa müddət ərzində biz məsləhətçi platformadan nəticəyönümlü bir təşkilata keçid etdik"
- Bu günədək azad edilmiş ərazilərdə neçə həkim və tibb işçisi işlə təmin edilib?
- Məhkəmədə azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasəti ifşa edilib