Xəbər verdiyimiz kimi, telejurnalist Afət Telmanqızı fəaliyyət göstərdiyi “Space” televiziyasından öz istəyi ilə ayrılıb. Bəzi saytlarda isə A.Telmanqızının öz ərizəsi ilə deyil, mübahisə zəminində işdən uzaqlaşdırılması barədə xəbərlər öz əksini tapıb.
Oxu.Az xəbər verir ki, telejurnalist yayılan uydurma xəbərlərlə bağlı sosial şəbəkədə məlumat paylaşıb və dəqiqləşdirilməmiş xəbər yayan bəzi jurnalistləri məhkəməyə verəcəyini bildirib.
“Ay dırnaqrası jurnalistlər, sizin yiyəniz yoxdur? Jurnalist adına nə vaxtadək ləkə olacaqsınız? Biabırçı başlıq və yazının içində başqa bir yalan xəbər… Sizinlə məhkəmədə görüşəcəyəm. Doğrunu yazdığı üçün Oxu.Az-a təşəkkür edirəm”, - deyə o qeyd edib.
A.S.
www.oxu.az