İyulun 22-dən 25-nə qədər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Facebook səhifəsində təhsil sahəsi ilə bağlı vətəndaşları maraqlandıran suallara cavab veriləcək.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə nazirliyə məxsus olan Facebook (www.facebook.com/tehsil.gov.az) səhifəsində məlumat paylaşılıb.
İstifadəçilərdən xahiş olunur ki, Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olmayan və təkrarlanan suallarla müraciət etməsinlər.
Əks halda, belə suallar səhifədən silinəcək. Suallar qısa müddət ərzində şərhlər vasitəsi ilə cavablandırılacaq.