Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Təhsil Nazirliyinin Aparat rəhbəri yeni təyinat alıb – RƏSMİ AÇIQLAMA + FOTO
Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev vəzifəsindən azad olunub.
Oxu.Az-ın report-a istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Belə ki, F.Rzayev Birinci vitse-prezidentin Katibliyinin rəis müavini vəzifəsinə təyinat alıb.
“Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə isə hələ ki təyinat olmayıb”, - deyə C.Valehov əlavə edib.
Xatırladaq ki, F.Rzayev Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə bu ilin yanvar ayında təyin olunmuşdu.
Z.Q.
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar