Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tərtərdə sürücü maşını aşırıb: Sərnişin ölüb
Tərtərdə sürücü idarəetməni itirərək maşını aşırıb.
"Report" xəbər verir ki, hadisə iyulun 7-də axşam saatlarında Ağdam-Bərdə avtomagistral yolunun Tərtər rayonu, Təzəkənd kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Elvin İlham oğlu Hüseynov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, yoldan çıxaraq avtomobili aşırıb. Nəticədə sürücü və sərnişin - Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Rövşən Səhrab oğlu Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sərnişin - Rövşən Aslanov aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakı-Sumqayıt şosesində qəza: "Hyundai" bir neçə ağaca çırpılıb, onları aşırıb
- Şri-Lankada avtobus 100 metr hündürlükdən aşıb: Xeyli sayda ölən və yaralanan var
- Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı
- Bakı-Astara magistralında baş verən qorxunc avtoqəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
- Yas yerinə gedən ailə QƏZAYA DÜŞDÜ: Xeyli sayda yaralı var