Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tərtərin icra başçısından koronavirusa yoluxma xəbərləri ilə bağlı AÇIQLAMA – YENİLƏNİB+FOTO
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir sıra xəbər portallarında və sosial şəbəkələrdə COVID-19 virusuna yoluxması barədə yayılan xəbərləri təkzib edib.
Bu barədə icra başçısının özü “Report”un Qarabağ mərkəzinə bildirib.
M.Məmmədov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Səhhətimlə və sağlamlığımla bağlı heç problemim yoxdur. Hazırda dövlətimə və cənab Prezident İlham Əliyevin mənə verdiyi tapşırıqlara əsasən, xalqa xidmət edirəm”.
Qeyd edək ki, Tərtər rayonundan olan deputat Sahib Alıyev koronavirusa yoluxub.
18:49
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov koronavirusa yoluxub.
Axar.az-a daxil olan məlumata görə, icra başçısının koronavirus testi pozitiv çıxıb.
Hazırda Tərtər İH əməkdaşlarının nəzarətə alındığı bildirilir. Tərtər şəhər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva faktı təsdiqləməyib.
Qeyd edək ki, Tərtərin deputatı Sahib Alıyev də koronavirusa yoluxub.
Bundan öncə Tovuz rayonunun icra başçısı Məmməd Məmmədov koronavirusa yoluxub, Samux rayon icra başçısının müavini Qəzənfər Əliyev isə bu virusdan dünyasını dəyişib.
"COVID-19" teqi üzrə xəbərlər
- Pandemiya bitməyib: ÜST-dən COVID-19 ilə bağlı yeni təhlükəli virus XƏBƏRDARLIĞI
- Korrupsiya, narkotik istehsalı, talama: USAID bataqlığı qurudulur
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb
- Bakıda COVID-19 xəstələrinə xidmət edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzandı
- ABŞ-də məmurlara səkkiz aylıq maaş müqabilində işdən çıxmaq təklif edilib