Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Təyyarə qəzasında həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün DNT analizləri götürülüb
"Qazaxıstanda olan nəşlərin gətirilməsi aparılan araşdırmalara bağlıdır".
Oxu.Az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün mətbuata açıqlamasında deyib.
O qeyd edib ki, araşdırmalar yekunlaşdıqdan sonra nəşlərin Azərbaycana gətirilməsi həyata keçiriləcək.
"Aviaqəzada şəxsiyyəti müəyyənləşdirilməyənlərlə bağlı DNT analizləri götürülüb. Hazırda proses davam etdiyi üçün əlavə məlumat verə bilməyəcəyəm", - deyə nazir bildirib.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus Qroznıya gedən "Embraer 190" təyyarəsi Aktau şəhərindən 3 km aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.

Əzizə İsmayılova
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Yaz fəslinin özü ilə gətirdiyi XƏSTƏLİKLƏR və onları yaradan SƏBƏBLƏR
- Qalmaqallı klinikanın lisenziyası ilə bağlı vəkildən AÇIQLAMA
- İmtahandan keçə bilmədiyi üçün təhqirli səsyazısı yayılan türkiyəli həkim işdən çıxarılır?
- Bakıda fəaliyyət göstərən məşhur türkiyəli həkim ixtisası ilə bağlı imtahandan KEÇƏ BİLMƏDİ
- "Laser Beauty Estetik" klinikasının qalmaqallı filialı fəaliyyətini davam etdirir - ÖZƏL