Azərbaycan Tibb Universitetinə professor Gəray Gəraybəyli rektor təyinatından sonra bu gün böyük kadr dəyişikliyi olub.
Oxu.Az xəbər verir ki, bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev öz ərizəsi ilə tutduğu postdan gedib.
Onun yerinə Tədris Terapevtik Klinikanın Daxili xəstəliklər və reanimasiya kafedrasının müdiri, dosent Könül Xəlilova təyin edilib.
Eyni zamanda, Tibb Universitetinin Elmi işlər üzrə prorektoru Rauf Bəylərov təyin edilib.
E.Ə.
www.oxu.az