Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
40 qəpiyə görə ölümcül döyüldü - ANBAAN GÖRÜNTÜLƏR
Tovuzda 40 qəpiyə görə gənc oğlanın ölümcül döyüldüyü anın görüntülər yayılıb.
Belə ki, kadrlar yaxınlıqdakı mağazanın müşahidə kameralarında qeydə alınıb.
Qeyd edək ki, Tovuz rayonunun Aşağı Quşçu kənd sakini Rəşid Rəşidov iddia edir ki, oğlu Elşən Quliyev Donar Quşçu kəndinin giriş hissəsində tanımadığı şəxslər tərəfindən döyülüb. Səbəb isə iki nəfər şəxsin boks aparatına atdığı 40 qəpik olub.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
21:48
Tovuzda döyülmə faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndinin girişində baş verib.
Rayonun Aşağı Quşçu kənd sakini Elşən Quliyev tanımadığı şəxslər tərəfindən döyülüb.
Xəsarət alan şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin iki nəfərin boks aparatına atdığı 40 qəpiyə görə baş verdiyi deyilir. Yaxınlıqdakı mağazanın gecə növbəsində işləyən Elşəndən aparatın niyə işləmədiyini soruşublar. Elşən isə mağazada çalışdığını bildirib. Bu zaman şəxslər arasında mübahisə olub və onlar əlbəyaxa olublar.
Hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Faktla bağlı Tovuz polisinə məlumat verilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, faktla bağlı Tovuz RPŞ-də müvafiq araşdırmalara başlanılıb. Ekspertiza təyin olunub.
Ekspertizanın rəyindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Elşən Quliyevi döyən şəxslərin kimliyinin müəyyənləşdirilib saxlanılması istiqamətində də tədbirlər davam etdirilir.
"Tovuz" teqi üzrə xəbərlər
- Tovuzda məktəbdə baş verən zəhərlənmə hadisəsinin TƏFƏRRÜATI
- Tovuzda sakinlər məktəbin qəzalı vəziyyətindən narahatdırlar
- Tovuzda çilingər sexində PARTLAYIŞ: Xəsarət alanların adları AÇIQLANDI
- Azərbaycanda daha bir məktəbdə qısaqapanma yanğına səbəb oldu
- Tovuzda ağır qəza: Sürücü hadisə yerindən qaçdı
Rəylər