Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Ağdam kəndi ərazisində baş verib.
Ağdam rayon sakini, 1987-ci il təvəllüdlü Elman Azad oğlu Abdullayev idarə etdiyi VAZ-2107 markalı avtomobillə piyada, Ağdam rayon sakini, 2013-cü il təvəllüdlü Avaz Vəkil oğlu Məmmədovu vurub. Nəticədə piyada ağır xəsarətlər alıb və xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev