Türk hakerlər Ermənistanın İnkişaf Fondu və Ermənistan Dövlət Xidməti Şurasının rəsmi saytı da daxil olmaqla, bu ölkənin bir sıra elektron resurslarını sıradan çıxarıblar.
Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə kibertəhlükəsizlik üzrə ekspert Samvel Martirosyan məlumat verib.
O iddia edib ki, aksiya azərbaycanlı hakerlərə dəstək məqsədi daşıyıb. Nəticədə 7 erməni saytına haker hücumu təşkil edilib.
Məlum olub ki, dağıdılan domenlərin böyük əksəriyyəti Azərbaycanın işğal altındakı bölgələrinə səyahət turları təşkil edən qurumların saytlarına məxsusdur.
İ.F.