Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Üç övladını eyni xəstəlikdən itirən ana yardım DİLƏYİR
27 yaşlı Aynurun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Radə Əliyeva məlumat verib.
O bildirib ki, qızına iki il öncə böyrək köçürülüb:
"Aynurun 27 yaşı var, o, 11 il dializ xəstəsi olub, iki il öncə ona atasının böyrəyi köçürülüb. Böyrək köçürüləndən sonra isə qızımda şəkər xəstəliyi də yaranıb. Dərmanları bitib, yenidən analizlər verilməlidi. Hazırda Aynurun müalicələrini davam etdirmək üçün imkanımız yoxdur".
Radə Əliyeva Aynurdan başqa 3 uşağının da böyrək çatışmazlığından vəfat etdiyini deyib:
"Mənim beş uşağım var idi. Birini bir yaşında, birini 13, digərini isə ötən il 23 yaşında böyrək çatışmazlığı səbəbindən itirmişəm. 23 yaşlı qızıma mən öz böyrəyimi vermişdim. Əməliyyatı və müalicəsi üçün, inanın, hər şeyimizi satmışdıq. Hazırda Aynurun da vəziyyəti çox pisdir. Mən bir övladımı da bu xəstəliyə qurban vermək istəmirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 581-86-42.
"Kapital Bank": 4169 7388 6218 8921.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Atasını itirən Həsən indi özü ölümlə mübarizə aparır: Anası fəryad edir
- 13 yaşlı Zəhra ölümlə mübarizə aparır: Dəstəyə ehtiyacı var
- 20 yaşlı Rəvanın müalicələri üçün dəstəyə ehtiyacı var
- Yaşamaq uğrunda mübarizə aparan Mələyin vəziyyəti ağırlaşıb: Dəstəyə ehtiyacı var
- Ailə faciəsi: Körpələri vəfat edən ailənin azyaşlı qızları da yaşamaq uğrunda mübarizə aparır