Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Stradivarinin skripkası hərracda 11 milyon dollara satılıb](https://images.oxu.az/2025/02/08/sOy8JKauNv8S2Kn5IRz85WEI3wctpGrzqcOm04A6:1200.webp)
Stradivarinin skripkası hərracda 11 milyon dollara satılıb
Nyu-Yorkun məşhur "Sotheby's" hərracında İtalyan skripka ustası Antonio Stradivarinin (1644-1737) skripkası satışa çıxarılıb.
Oxu.Az "Associated Press"ə istinadən xəbər verir ki, hərracın başlanğıc məbləği 8 milyon dollar olub.
Nəticədə skripka 11.25 milyon dollara satılıb.
Məlumata görə skripkanın alıcısı anonim qalmaq istəyib.
Ən çox oxunanlar
Rəylər