Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ukraynadakı Azərbaycan diasporu “YAŞAT” xeyriyyə marafonuna qatıldı
Ukraynadakı Azərbaycan diasporu Vətən müharibəsində şəhid olan və yaralanan ailələrə yardım məqsədilə “YAŞAT” xeyriyyə marafonuna qatılıb.
Bu barədə Oxu.Az-a “Azərbaycan-Ukrayna” beynəlxalq alyansının sədri Elmar Məmmədov məlumat verib.
“44 günlük Vətən Müharibəsində birlik göstərdik, millət erməni işğalçılarının hücumunu layiqincə dəf edən güclü bir yumruğa çevrildi.
Gəlin, millətin birlik ruhunu gücləndirməyə davam edək - “YAŞAT” xeyriyyə marafonuna qoşulaq və fondun həyata keçirdiyi xeyirxah işlərə dəstək olaq”, - deyə E.Məmmədov qeyd edib.
O, “Azərbaycan-Ukrayna” beynəlxalq alyansının 167 üzvünün hamısının marafona qatıldığını vurğulayıb.
"Ukrayna" teqi üzrə xəbərlər
- Fitso: "Ukraynaya bir sent belə göndərməyəcəyəm"
- Ukraynada qripin yeni ştamına yoluxma halları artıb
- Aİ Şurası Ukraynaya 3.5 milyard avro tranş ödənişini təsdiqlədi
- Hindistanın Baş naziri Narendra Modi Zelenskiyə müraciət edib
- ABŞ Rusiyanın Ukraynadakı hərəkətlərinin araşdırılması üzrə qrupdan çıxdı