"Akif İslamzadənin vəziyyəti stabildir".
Bu məlumatı Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu verib.

Həkim qeyd edib ki, Akif İslamzadə dünən gecə saat 1 radələrində ürəyin ön divarının kəskin geniş infarktı diaqnozu ilə xəstəxanaya müraciət edib.
"Dərhal təcili və təxirəsalınmaz tədbirlər görülərək angioqrafiya otağına yerləşdirilib. Müayinə zamanı ürəyin ən böyük damarının tamamilə tıxandığı, 100 faiz tutulma və tromb olduğu müəyyən edilib. Təcili olaraq zəruri müdaxilələr həyata keçirilib və stent implantasiyası olunub. Stent taxıldıqdan sonra ürəyin yığılma gücündə toparlanma olduğu aşkarlandı.
Xəstə bir gün reanimasiya şöbəsində nəzarətdə saxlanıldıqdan sonra bu gün stasionar şöbəyə köçürülüb. Hazırda vəziyyəti qənaətbəxşdir, stabildir, xəstə gəzir", - deyə həkim bildirib.
Qeyd edək ki, ötən gün Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib.