Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Teleqraf"a sənətkarın oğlu Ayxan İslamzadə məlumat verib.
O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:
"Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Bu gün qəfil vəziyyəti pisləşdiyi üçün təcili yardımla xəstəxanaya çatdırıldı".
Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var.
Müğənni Akif İslamzadə xəstəxanaya yerləşdirilib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətkar infarkt keçirib.
Təcili yardımın ilkin müdaxiləsindən sonra A.İslamzadə xəstəxanaya aparılıb.
İfaçının oğlu Ayxan açıqlamasında atasının hazırda xəstəxanada olduğunu deyib: "Həkimlər baxış keçirirlər".