Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Uşaqların V Ümumrespublika Forumu keçiriləcək
Bu il Uşaqların V Ümumrespublika Forumu keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün keçirilən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim-mənim hüquqlarım” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, forum noyabr ayında keçirilsə də bu gündən hazırlıq mərhələsinə start verilir.
“Uşaqların V Ümumrespublika Forumu 2020-ci ildə keçirilməli idi, lakin pandemiya və Vətən müharibəsi səbəbindən təxirə salındı. Forum bu il baş tutacaq. Proseslər bu ay ərzində də davam edəcək. Regionlara səfərlər təşkil ediləcək və hər rayondan qrupları təmsil edəcək 1 nəfər uşaq seçilərək digərləri ilə birgə təlimlərə cəlb olunacaq”.
B.Muradova pandemiya qurbanlarını da yaddan çıxarmadıqlarını qeyd edib. Vətən müharibəsi iştirakçılarına isə qazanılan qələbəyə görə təşəkkürlərini bildirib.
Könül Cəfərli
"Bahar Muradova" teqi üzrə xəbərlər
- Bahar Muradova: "Son illərdə qadınların təhsil və əmək bazarına çıxışı daha əlçatan olub"
- Bahar Muradova: "Biz təkcə zorakılığa məruz qalanla yox, həm də zorakılığı törədənlə məşğuluq"
- Bahar Muradova: "Xocalı soyqırımında əli olan hər bir şəxs ədalət məhkəməsi qarşısında dayanacaq"
- Bahar Muradova: "Biz Xocalıya qayıtdıq, Qərbi Azərbaycana da qayıdacağıq"
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ