Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Ustadına əhsən!" - Süfrəsi ilə dillərə düşənlər, çəngəl-bıçağa ağız büzənlər
Ağ rəngdə süfrə yaxşıdır, yoxsa güllü? Kağız salfet varsa, parçaya nə gərək var? Süfrəyə diş çöpü qoyaq, yoxsa yox? Çəngəl sağ əldə olmalıdır, yoxsa solda? Yeməklərin hamısını birdənmi düzək? Bəs deməzlərmi ev sahibi mətbəxdən çıxmır?
Bu kimi suallar hər dəfə bayramlarda, yaxud dostlarımız, qohumlarımız üçün süfrə açanda beynimizdə fırlanır. Çünki hamımız çalışırıq ki, hər şey maksimum gözəl, səliqəli olsun və az büdcə hesabına başa gəlsin. Üstəlik, bəziləri qonaqlıqdan sonra süfrənin, boşqabların rəngindən, çəngəl-bıçağın yerindən tutmuş salfetlərin qatlanmasına qədər nüansları müzakirə etməyi xoşlayırlar.
Bu baxımdan, ancaq yaxşı mənada dillərə düşmək üçün düzgün süfrə qurmağı da işin ustasından öyrənmək gərəkdir.
Odur ki, Oxu.Az 26 ildən çox qonaqpərvərlik və hotel sahəsində Azərbaycanda və bir çox xarici ölkələrdə çalışmış ekspert Emin Novruzov ilə masa düzəni barəsində həmsöhbət olmağı qərara aldı. Ekspert yuxarıda sadaladığımız və sadalamadığımız sualları cavabladı, doğruları və yanlışları master-klasda əyani şəkildə göstərdi.
Aygün Mirakif
Video: Cavid Mehdiyev
"Ustadına əhsən" teqi üzrə xəbərlər
- "Ustadına əhsən!" - Üç min rəqəmi ardıcıl yadında saxlayan çempion: "Beynimiz söz üçün yaranmayıb"
- "Ustadına əhsən!" - İnsanları "oxumaq" bacarığı: Bədən dilinin gizli şifrələri
- "Ustadına əhsən!" - Estetik əməliyyatsız ideal bədən forması üçün 30 dəqiqə
- Təranə Muradova ilə "Ustadına əhsən!" - Rəqs edən "meymunlar", qartal kimi kişilər
- Fortepiano müəllimindən QEYRİ-ADİ İFA - "Ustadına əhsən!"
Rəylər