Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Təyyarə qəzasında həlak olan Balakən sakini Rəna Yeznayeva dəfn olunub
Təyyarə qəzasında həlak olan Balakən sakini Rəna Yeznayeva dəfn olunub.
Oxu.Az-ın "Report"a istinadən məlumatına görə, mərhumun nəşi Yeni Şərif kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində R.Yeznayevanın yaxınları, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təyyarə qəzasında Balakən rayonundan həlak olan sonuncu sərnişinin nəşi dekabrın 30-da səhər saatlarında ailəsinə təhvil verilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, Yeni Şərif kənd sakini, 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayevadır.
O, Yeni Şərif kənd qəbiristanlığında dəfn ediləcək.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.
Qeyd edək ki, qəzaya uğrayan təyyarənin sərnişinlərindən 15 nəfəri Balakən sakini olub, onlardan 9-u həlak olub.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Ferhad Aznevi: "Rusiya bütün hallarda AZAL təyyarəsi qəzasına görə məsuliyyət daşıyır"
- Mixail Saakaşvili İlham Əliyevin qətiyyətindən yazdı
- Uçuş qorxusu nədir və ondan necə qurtulmaq olar?
- Nurulla Siracov arzusuna çatdı: Günlər sonra yaralanan xanımını gördü
- Qazaxıstanda AZAL təyyarəsində baş vermiş faciəyə mahnı həsr edildi
Rəylər