Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Vəkillər Kollegiyasının sədri məişət zorakılığından DANIŞDI
"Məişət zorakılığının qarşısının alınması sahəsində effektiv mübarizə üçün yalnız qanunvericiliyin təkmilləşdirilməsi kifayət deyil".
"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə vəkillər və hakimlər üçün keçirilən "Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış" mövzusunda təlimdə deyib.
O bildirib ki, problemin həlli kompleks yanaşma tələb edir və bu yanaşmanın əsas komponentlərindən biri müxtəlif qurumlar arasında koordinasiyalı işin təşkil olunmasıdır:
Anar Bağırovun sözlərinə görə, komitə ilə birgə əməkdaşlıq çərçivəsində kollegiya ilə komitə arasında məişət zorakılığından zərərçəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb:
"Memoranduma əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri, eləcə də müvafiq qeyri-dövlət yardım mərkəzlərindən Vəkillər Kollegiyasına müraciət daxil olduqda, kollegiyanın təyin etdiyi vəkil tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxsə müvafiq "Pro Bono" hüquqi dəstək xidməti göstərilir".
"Məişət zorakılığı" teqi üzrə xəbərlər
- Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB
- Məişət zorakılığına məruz qalan şəxslərin məlumat bankı yaradılacaq
- Hollivudda qalmaqal: "Casus uşaqları 3: Oyun bitdi"nin ulduzu sevgilisini və uşağını döyüb
- Deputat: "Problemli ailələrdə davamlı olaraq monitorinqlər aparılmalıdır"
- Deputat: "Məişət zorakılığından qadınlardan çox kişilər əziyyət çəkir"
Rəylər