ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter Yaponiyanın Kanaqava prefekturasına məcburi eniş edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə NHK telekanalı məlumat verib.
"ABŞ hərbi vertolyotu Kanaqava prefekturasının Tiqasaki şəhəri sahilinə enib. Heç kim xəsarət almayıb", - deyə materialda qeyd edilib.
Nəşrin məlumatına görə, helikopter ABŞ-nin Asuqidəki hərbi bazasına məxsusdur.
Telekanal ABŞ hərbi bazasının məlumatlarına istinadən bildirib ki, vertolyot ehtiyat tədbiri olaraq enib. Eyni zamanda, hər hansı ziyan dəyməsi halı aşkarlanmayıb.