Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Vətəndaşlara Norveçdə iş təklifi ilə bağlı saxta məlumatlar göndərilir - İDDİA
Bəzi şəxslərə Norveçdə iş təklifi ilə bağlı saxta məlumatlar göndərilir.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, həmin ölkədə olmayan müxtəlif şirkətlərin adından iş elanları paylaşılır. Daha sonra həmin müəssisəyə işə düzəltmə üçün müraciət edənlərdən müəyyən məbləğdə pul istənilir.
Norveçdə yaşayan azərbaycanlı Xaqan Əzizov bildirib ki, bu mövzuda onlarla insan ona yazıb. Məlumatlandıqdan sonra isə dərhal dələduzlara pulu ödəmək fikrindən daşınıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) "Xəzər Xəbər"ə bildirilib ki, bu kimi hallarla bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, bu kimi dələduzluq halları ilə qarşılaşan vətəndaşlar "102" xidmətinə və yaxud nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət etməlidirlər.
Ətraflı süjetdə:
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Babək prospektində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb
- Azərbaycanda mayor VƏFAT ETDİ
- Təcavüzə məruz qalıb, nikaha məcbur edildiyini deyən qız: "Atamın qəyyumluğu ləğv edilsin"
- Plastik cərrahların sənəd qəbulu dayandırılıb
- Polis Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarladı
Rəylər