Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Vətəndaşların NƏZƏRİNƏ: Bakıda üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata əsasən, iyunun 24-ü 09:00-dan iyunun 26-sı 18:00-a qədər aidiyyəti qurum tərəfindən Abşeron-Puta mənzili üzrə cüt yolun 32-ci km PK 3-də (Dadaş Bünyadzadə küçəsi) yerləşən qorunan dəmiryolu keçidində əsaslı təmir işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyət səbəbindən 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Abşeron-Puta mənzili 30-cu km PK 5-də yerləşən yolötürücüdən (28 May küçəsi) keçməklə təşkil ediləcək.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Qarabağa açılan yollar: Azad edilmiş ərazilərə giriş qaydaları sadələşdirilir - ARAŞDIRMA
- AYNA avtobus zolaqlarında minib-düşmə məntəqələrinin sayını artırıb
- Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
- Bakıya gələn avtobusun sürücüsü sərnişinləri yarıyolda qoydu - SƏBƏB
- Biləcəri qəsəbəsində sürücüləri narazı salan YOL NİŞANI: Məsafə uzanıb, sıxlıq artıb