Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vəzifəli qadının fəaliyyəti təftiş edildi: İşdən ÇIXARILDI
Mingəçevirdə məktəb direktoru işindən azad edilib.
"Unikal"ın məlumatına görə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhər V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəbdə təlim-tədris prosesində baş verən neqativ hallarla bağlı bir neçə istiqamətdə yoxlamalar aparılıb və yoxlamanın nəticəsinə əsasən, adıçəkilən məktəbin direktoru Sevda İsmayılova Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə tutduğu direktor vəzifəsindən azad edilib.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən verilən açıqlamaya görə, İdarə təhsil müəssisələrində korrupsiya ilə əlaqədar hüquqpozmaların baş verməsini pisləyir, bunun aradan qaldırılması ilə bağlı mütəmadi müvafiq tədbirlər görür.
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)" teqi üzrə xəbərlər
- Məktəbəhazırlıq qruplarına qəbulun başlanacağı tarix açıqlandı
- Direktor müavini: "Sabah müəllimlərin sertifikatlaşdırma imtahanı başlayır"
- Birinci sinfə qəbulda rus bölməsi üzrə məktəb və müəllim seçimi başlayıb
- 70 mindən çox müəllim əməkhaqqısını diffensial qaydada artımla alacaq
- 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb