Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vüqar Qurbanov: “2023-cü ildə göstərilən tibbi xidmətlərin 59 faizi regionların payına düşür“ - FOTO
“2023-cü ilin yanvar-noyabr aylarında tabeli tibb müəssisələrində 4,8 milyon vətəndaşa xidmət göstərilib. 2022-ci ilin yanvar-noyabr ayları ərzində bu rəqəm 4,4 milyon olub”.
Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in fəaliyyətinin 5 illiyinə həsr olunan hesabat konfransında deyib.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrinə ümumi müraciətlərin sayı isə 20,3 milyon təşkil edib:
“2022-ci ildə bu rəqəm 16,3 milyon olub. Bu müddətdə vətəndaşlara 63,9 milyon (55,3 milyon ambulator, 8,6 milyon stasionar xidmətlər olmaqla), 2022-ci il üzrə isə 40,2 milyon (33,9 milyon ambulator, 6,3 milyon stasionar xidmətlər olmaqla) xidmət göstərilib.
2023-cü ilin yanvar-noyabr ayları ərzində göstərilən laborator xidmətlərin sayı 23,4 milyon (19,6 milyon ambulator, 3,8 milyon stasionar olmaqla) olub. 2022-ci ilin eyni dövrü ərzində isə bu rəqəm 10,7 milyon (8,2 milyon ambulator, 2,5 milyon stasionar olmaqla) təşkil edib.
2023-cü ilin yanvar-noyabr ayları ərzində icra olunan əməliyyatların sayı 338 min, 2022-ci ilin yanvar-noyabr aylarında isə 296 min olub”.
İcraçı direktor 2023-cü ildə göstərilən tibbi xidmətlərin 59%-nin regionların payına düşdüyünü vurğulayıb.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
"TƏBİB" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Rəylər