24 yaşlı Xaçmaz rayon sakini xəstəxanada ölüb.
Bununla bağlı Oxu.Az-a ölən şəxsin ailəsi məlumat verib.
Bildirilib ki, 1996-cı il təvəllüdlü Mehrab Baratov səhhəti pisləşdiyi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Tibbi ekspertizanın rəyinə əsasən, o, beyinə qan sızması nəticəsində vəfat edib.