Xaçmaz rayonunda yaşayış məntəqəsinin yaxınlığında yaranan zibil poliqonu sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd olunub ki, rayonun "61-ci kvartal" adlanan ərazisində yaşayan bəzi sakinlərin məişət tullantılarını yol kənarına atmaları nəticəsində ərazidə irihəcmli zibil yığını formalaşıb və antisanitar vəziyyət yaranıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Xaçmaz Rayon İcra hakimiyyətindən bildirilib ki, hazırda ərazidə təmizlənmə işləri aparılır.



Qaynar xətt:
(055) 224 12 12