Xaçmazda gənc satıcının aldadılması iddiasına aydınlıq gətirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, mağazada alış-veriş edən qadın müəyyən edilərək tapılıb.
Bildirilib ki, tərəflər arasında barışıq əldə olunub. Qadın vəsaiti geri qaytarıb, bundan sonra satıcı şikayətini geri götürüb.
Xatırladaq ki, mağaza sahibi qadının satıcını çaşdıraraq həm məhsulu, həm təqdim etdiyi 100 manatı, həm də əlavə 96 manatı götürərək mağazanı tərk etdiyini iddia etmişdi.
Qaynar xətt:
(055) 224 12 12