Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, mərhumla əvvəlcə Təzəpir məscidində vida mərasimi keçirilib.
Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və baletmeysterin sənət dostları iştirak edib.
Vida mərasiminin ardınca cənazə İkinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.
Qeyd edək ki, Maqsud Məmmədov aprelin 13-də 97 yaşında vəfat edib.
