Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xankəndi şəhərində yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli, bitişik yerləşən hər birinin sahəsi 250 kv.m olan iki birmərtəbəli və ümumi sahəsi 200 kv.m olan birmərtəbəli tikilinin yanar konstruksiyaları yanıb.
Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.