Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xətai rayonunda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub
Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Mala Praga" restoranında şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub. Eyni zamanda, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və xanımları üçün xüsusi tədbir keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Zahid Oruc, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbirin əsas məqsədi şəhid ailələri və qazilərə dövlətin və cəmiyyətin daim onların yanında olduğunu göstərmək, eyni zamanda şəhidlərimizin əziz xatirəsini anmaq olub. Rəsmi şəxslər çıxış edərək şəhidlərin fədakarlığını vurğulayıb, onların ailələrinin qayğı və ehtiyaclarının daim diqqət mərkəzində saxlanıldığını bildiriblər.
Bundan əlavə, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və xanımları təbrik olunub, onların cəmiyyət üçün əhəmiyyətli rolu xüsusi qeyd edilib. Tədbir çərçivəsində şəhid ailələri və qazilərlə səmimi söhbətlər aparılıb, onların problemləri və qayğıları dinlənilib.
Belə tədbirlər şəhid ailələri və qazilər üçün mənəvi dəstək olmaqla yanaşı, həmrəylik və birlik ruhunun daha da möhkəmlənməsinə töhfə verir. Dövlətin və cəmiyyətin bu qəhrəman insanlara ehtiramı, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin vacibliyini bir daha göstərir.
"Xətai Rayon İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- YAP Xətai rayon təşkilatının təsis edilməsi münasibətilə tədbir keçirilib
- Keçmiş icra başçısı XİN-in verdiyi xidməti pasportu İTİRİB
- Sakinlər suyun binaların zirzəmisini basmasından şikayətləndilər - Qurumlar niyə çarəsizdir?
- Bakıda yeni təmir edilən park zibilxananı xatırladır
- Sakinlərin başına bəla olan "KamAZ"