Bu gün Xəzər dənizində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, zəlzələ yerli vaxtla 04:51:27-də Xəzər dənizində qeydə alınıb.
Yeraltı təkanların maqnitudası Rixter şkalası ilə 3,2 bal, dərinliyi 54 km olub. Zəlzələ hiss olunmayıb.