Xəzər dənizində zəlzələ olub.
Bu barədə Oxu.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumata əsasən, yerli vaxtla saat 09:26:59-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3,2, dərinliyi 59 km olub.
A.M.