“Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini dəyişdirməyərək əvvəlki səviyyədə təsdiq edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, müntəzəm olaraq reytinqlərin yenilənmə prosesinə uyğun olaraq Azərbaycanın müstəqil kredit reytinqi “Ba1”, proqnoz isə “neqativ” səviyyədə saxlanılıb.
Xatırladaq ki, “Moody's” agentliyi Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də “Baa3” səviyyəsindən azaldaraq “Ba1”-ə endirib, proqnozu isə “stabil”də saxlayıb. Kredit reytinqi üzrə proqnozu isə agentlik 2016-cı il aprelin 29-da “neqativ”ə endirib.
U.A.
www.oxu.az