Bu günlərdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Yeni Müsavat” qəzetinin “Garant Holding”in təsisçisi Anar Məmmədovun bu qəzetə qarşı sürdüyü iddiasına dair kassasiya şikayətini təmin etməməsi barədə məlumat yazmışdıq.
Şəxsiyyətlərdən uzaqlaşmaq və obyektivliyi qorumaq üçün hətta oxuculara konkret nəşr orqanının sahibkar ilə qarşıdurmasına “N qəzeti sıravi iddiaçıya qarşı” kontekstində baxmağı təklif etdik.
Öz qərarı ilə Ali Məhkəmə bu işdə nöqtəni qoydu və ona görə də bu işə qayıdarkən “iddiaçı”nı “vətəndaş”a dəyişirik. Axı, bu halda Anar Məmmədovun kim olması tamamən vacib deyil – oğul və ya ata, sahibkar və ya əmlak sahibi, holdinqin təsisçisi və ya adi otbiçən.
Söhbət bizim hər birimiz kimi vətəndaş hüququ olan, Azərbaycan dövləti tərəfindən müdafiə edilən insandan gedir. Deməli, hər kəs kimi qanunvericiliklə KİV hücumlarından qorunur.
Jurnalistikada mənəvi davranış qaydalarından danışaq. Bu, çox incə məqamdır və jurnalistin cəmiyyətə qarşı vəzifəsini müəyyənləşdirir, ictimai borcunu formalaşdırır və mənəviyyat adlanır. İstənilən KİV-in, o cümlədən yuxarıda adı çəkilən qəzetin vəzifəsini struktur şəklində nəzərdən keçirmək olar.
Bəli, nə qədər qəribə olsa da, amma jurnalistin mənəviyyatı kimi mürəkkəb anlayış da təhlilə məruz qalır.
Piramidanın zirvəsində peşəkar borc, məsuliyyət, şərəf və ləyaqət durur. Ortada etik prinsiplər dayanır ki, bu prinsiplərdə jurnalistlərin davranışına qarşı tələblər əksini tapıb. Və nəhayət, aşağı qatda jurnalistin davranışını reqlamentləşdirən qadağa və məhdudiyyətlər yerləşir.
Bütün dünyada jurnalistikanın ümumi qəbul edilmiş etik normaları olaraq aşağıdakılar qəbul edilir:
- faktların dəqiqliklə nəzərə alınması, səhv məlumatların düzəldilməsi,
- faktlar barədə susmağa və tərif edilməsinə qarşı çıxmaq; respondentlər tərəfindən fikir söylənməsində azadlığın qorunması; informasiyanın yalnız dürüst (qanuni) yolda əldə edilməsi;
- şəxsi həyata müdaxiləyə qadağa; informasiya mənbələrinin məxfiliyinin qorunması; rüşvət verməyə və almağa qadağa; informasiyanın jurnalist tərəfindən şəxsi məqsədlər üçün istifadə edilməsi;
- milli, dini, sinif və digər əlamətlərə görə diskriminasiyaya qarşı çıxmaq.
Sıravi Azərbaycan vətəndaşını mütəmadi olaraq ləkələyən “N” nəşri bu tələblərdən hansını pozub? İnformasiyanın dəqiqliyi bu nəşr tərəfindən izlənilibmi?
Xeyr, çünki “Yeni Müsavat”, üzr istəyirəm “N” qəzetində çap edilən informasiya məlumat deyil, sadəcə türk KİV-in yoxlanılmadan dərc edilən materialın yenidən dərc edilən variantıdır. Aydındır ki, bu zaman informasiyanın həqiqətə uyğun olmasını gözləmək sadəcə mümkün deyil. Digər sual – bu nəşr informasiyanın təhrif edilməsinə qarşı çıxdımı?
Bu informasiyanı dürüstlüklə əldə etməyə çalışıbmı? Yalan informasiyanı yayan türk nəşriyyatı dərcindən imtina etdi, “N” qəzeti vəziyyətdən çıxmağa çalışdı və haqqında yalanlar yaydığı insanla bir centlemen sazişi bağlayaraq bu qəbildən olan yalan informasiyaları dərc etməyəcəyi barədə öhdəçilik götürdü. Bununla da məhkəmədə qaldırılacaq iddiadan özünü qorudu. Belə baxanda nəşr sakitləşməli idi. Belə alındı, yəni, jurnalist etikasını ayaq altına ataraq insanı təsadüfən şərləyiblər. Nə olsun ki? Məhkəmə iddiası ki, yoxdur. Amma tamamən başqa cür alındı, - “N” qəzeti yenidən mövzuya qayıtmaq qərarına gəldi. Niyə?
İş ondadır ki, “N” qəzeti müxalifət nəşri mövqesində çoxdan və möhkəm durur. O, özünə Azərbaycan hakimiyyətinin nümayəndələrinə hücum etməyi icazə verə bilər. Onlardan istənilən şəxsi qorxmadan rüşvətxor adlandıra bilərlər, amma sivil ölkələrdə buna bənzər sözlərə görə çoxdan məhkəmələrdə ola bilərdilər.
Hakimiyyət üzvlərinin passiv reaksiyası bu nəşrlərə aydındır. Bir tərəfdən onlardan kiminsə həqiqətən ifşa olunmaqdan qorxmasıdır, çünki heç vaxt inanmaram ki, onların arasında rüşvətxor yoxdur. Digər tərəfdən isə “N” qəzetində hər dərc olunan materiala reaksiya vermək, məhkəmələrdən çıxmamaq, bütün zamanını “dəvə olmadığını” sübut etməyə sərf etmək deməkdir.
Kim isə bu təhqirlərdən bezir və bu zaman məhkəmələrsiz keçinmək mümkün deyil və belə halların əksəriyyətində “N” qəzeti müəyyən məbləğdə pul itirir. Halbuki o, bu pulları öz jurnalistlərinə informasiyanın həqiqətə uyğun olmasını yoxlamaları üçün xərcləyə bilərdi. Bu, nə qədər parodoksal olsa da işlərin belə gedişatı qəzeti qane edir. Çünki məhkəmədə istənilən işi uduzan qəzet başqa yerdə udur, belə ki, ictimaiyyətə bu halı müxalifət nəşrinin sıxışdırılması kimi təqdim edir. Bu isə Azərbaycanda fərqli düşünənlərə də zərbədir demək. Çox rahat mövqedir.
Oxucu isə inanır. O, sadəlövhcəsinə düşünür ki, “N” qəzeti onu, onun haqlarını müdafiə edir. Çox heyf ki, bu zaman çox az adam sadə həqiqəti xatırlayır: eyni nəşr məhkəmələri mütəmadi olaraq uduza bilməz. Söhbət yalnız Azərbaycandan getmir, istənilən digər bir ölkədən gedə bilər. Məhkəmələrimiz nə qədər azad olmasalar da – bunu hələ sübut etmək lazımdır və “N” qəzeti bu məsələ üzrə jurnalist araşdırması apara bilərdi, axı hər dəfə eyni orqan səhv çıxa bilməzdi.
Jurnalistikanın yazılmamış qanunları var: kobud və dəfələrlə, ən əsası da jurnalist etikasının normalarının pozulması qayda pozanı peşəkar fəaliyyətdən kənarda qoyur. Bu, “N” qəzeti ilə baş verdimi? Onun nəşri dayandırıldımı?
Oxucu auditoriyasını itirdimi? Xeyr. Çünki “N” qəzetinin işçilərinə çox gözəl məlumdur ki, oxucunu necə saxlamaq lazımdır, necə etmək lazımdır ki, təkcə yoxlanılmamış deyil, hətta fantastik məlumata belə inansın. Sadəcə yalanı arada həqiqətlə süstləmək lazımdır. Əgər alınmırsa heç olmasa onları qəzet sütunlarının yanında çap etmək lazımdır. Növbəti naziri rüşvətxor adlandırdınsa, yanında Ferqüssonda afroamerikalıların inqilabı haqqında material yerləşdirmək lazımdır.
Azərbaycan vətəndaşını şərlədin, yanında Suriyada ekstremistlərin vəhşiliklərindən yaz. İnsanlar isə inanırlar. Onlar inanırlar ki, haradasa Maştağada növbəti dəfə dinozavr sümükləri tapılıb. İnanırlar, çünki “N” qəzeti yazıb. Bununla yanaşı da çox az adam anlayır ki, Azərbaycanda dinozavr olmayıb. Bu məkan o zaman heç mövcud olmayıb. O, okeanın altında olub...
İstəməzdim ki, bu məqaləni kim isə “Yeni Müsavat”a hücum kimi dəyərləndirsin. Çox istərdim ki, Azərbaycanda çox sayda qəzet fəaliyyət göstərsin. Amma ən çox istərdim ki, onların səhifələrində dərc edilən informasiya həqiqətə uyğun olsun, jurnalistlər fikirlərini bölüşməsinlər, ekspertlərin fikirlərini göstərsinlər, həm də müxtəlif ekspertlərin. Onlar müxtəlif siyasi baxışa malik olsalar belə. Məgər siz qəzetin konkret vətəndaşı şərlədiyi və nəticədə özünün doğruluğunu sübut etdiyi deyil, səmimi şəkildə ondan və oxucularından üzr istədiyi bir cəmiyyətdə yaşamaq istəməzdiniz?
Dünyamalı Nurşərəf
www.oxu.az