Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yanıq xəsarətlərindən yata bilməyən bir yaşlı Ömərin dəstəyə ehtiyacı var - FOTO
Bir yaşlı Ömərin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günel Kazımova məlumat verib.
O bildirib ki, fevralın 8-də övladının üzərinə termos aşıb və körpə yanıq xəsarətləri alıb.
"Biz İsmayıllı rayonunda yaşayırıq. Fevral ayında içində qaynar su olan termosu dartaraq üzərinə aşırıb. Qolları və ayaqları yanıb. Ömər bəzi günlər ağrılarına görə yata da bilmir. Həmin günü onu xəstəxanaya aparsaq da, uşağın vəziyyəti ağır olduğu üçün bizi Bakıda yerləşən tibb müəssisələrindən birinə yola saldılar. Orada müalicələr alsaq da, bir müddət sonra oradan çıxmalı olduq. Artıq bir müddətdir ki, Ömərin müalicələrini sizin saytın izləyicilərinin dəstəyi ilə davam etdiririk. Hazırda Ömərin mazlarını və dərmanlarını almaq üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 302-45-54
Kapital Bank: 4169 7388 6602 0203.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Övladının müalicəsi üçün evini və dəyərli əşyalarını satan ana yardım istəyir
- Ana köməyə çağırır: "Qızım dözülməz qıcolmalardan əziyyət çəkir"
- Ağır yanıq xəsarətləri alan Şəlalənin dəstəyə ehtiyacı var
- 23 yaşlı gəncin dəstəyə ehtiyacı var
- Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
Rəylər