Baxmayaraq ki, Azərbaycanda bütün çimərliklərə giriş pulsuzdur. Bəs Bakıda çimərliyə pullu giriş problemi ilə qarşılaşdıqda haraya müraciət etmək lazımdır?
Day.Az xəbər verir ki, bu barədə sualı Bakı şəhər İcra Hakimiyyətinin (İH) Ticarət və xidmətlər departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov cavablandırıb:
“Bakı şəhər İcra Hakimiyyəti rəhbərinin 2011-ci il tarixli sərəncamına əsasən, paytaxtda bütün çimərliklərə giriş birmənalı olaraq pulsuzdur. Bu sərəncam təkcə dövlət deyil, həm də özəlləşdirilmiş çimərliklərə aiddir. Vətəndaşlar öz şikayətlərini Bakı şəhər İcra Hakimiyyətinə ünvanlaya bilərlər”.
Öz növbəsində paytaxtın İH-in mətbuat xidmətindən bildiriblər ki, vətəndaşlar şikayət üçün çimərliyin ərazisində yerləşdiyi yerli icra hakimiyyətinə müraciət etməlidirlər.
www.day.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin