"Bu yaxınlarda su hövzələrində suyun səviyyəsinin avtomatik müəyyən olunması ilə bağlı "Azərkosmos"la birgə layihə düşünürük. Bunun üçün müəyyən infrastruktur işləri görməliyik".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) şöbə müdiri Yusif Əhədi "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, elektron su təsərrüfatı ilə bağlı işlər icra olunur:
"Bu istiqamətdə peyk təsvirlərindən istifadə etmək bizim üçün mühüm əhəmiyyət kəsb edir".
Məhərrəm Əliyev