Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Zaqatalada güclü külək evlərin damını uçurdu – VİDEO
Güclü külək və leysan Zaqatalada xeyli fəsad törədib. Bəzi kəndlərdə ağaclar aşıb, tövlələrin dam örtüyü uçub. Elektrik enerjisinin verilişində də fasilələr yaranıb.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, irigövdəli ağaclar aşıb, tövlələrin dam örtüyü uçub. Güclü külək Zaqatalada xeyli fəsad törədib. Ötən gecə güclü külək və leysan yağışı rayonun 3-cü Tala, Yolayrıc və Muğanlı kəndlərində müəyyən fəsadlara yol açıb. 20-dən çox tövlə və talvarın dam örtüyü uçub, irigövdəli ağaclar aşıb.
Elektrik dirəklərinə və naqillərə də ciddi ziyan dəyib. Nəticədə rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Kənd sakinləri və aidiyyəti qurumlar fəsadların aradan qaldırılmasına başlayıblar. Axşam saatlarında həmin ərazilərə elektrik enerjisinin verilişi tam bərpa edilib.

A.M.
"Zaqatala" teqi üzrə xəbərlər
- Nurulla Siracov arzusuna çatdı - Həyat yoldaşı sağ tapılıb
- Qəzaya uğrayan təyyarədə həlak olanlardan altısı Zaqataladandır
- Küçədə arvadını döydü, qonşusunu bıçaqladı
- Zaqatalada məktəb PROBLEMİ: Şagirdlərin qarşısına İLANLAR ÇIXIR
- Eyni evdən iki itki: Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU