Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Zaqatalada dönərdən zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
Zaqatalada zəhərlənmə hadisəsi baş verib. Rayonun Çobankol kənd sakini, 25 yaşlı İlqar Əhmədov, Mosul kənd sakini, 17 yaşlı İradə Əsədullayeva və Qazangül qəsəbə sakini, 8 yaşlı Əli Atayev qida zəhərlənməsi əlamətləri ilə Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Xəstəxanadan verilən məlumata görə, zərərçəkənlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, dönərxanaya baxış keçirilib, müayinələrin aparılması məqsədilə müxtəlif nümunələr götürülərək laborator analizlərə cəlb olunub:
"Görülmüş tədbirlərlə iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək".
Qeyd edək ki, Zaqatalada bu ilin may ayında da dönərdən kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Qırx nəfər toyuq ətindən hazırlanan dönərdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Ətraflı Baku TV-nin süjetində:
Zaqatalada üç nəfər dönərdən zəhərlənməsinin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq bağlı Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, agentliyin mütəxəssisləri tərəfindən hadisənin baş verdiyi ehtimal olunan Zaqatala rayonunda fəaliyyət göstərən "Şah dönər" adlı dönərxanaya baxış keçirilib, müayinələrin aparılması məqsədilə müvafiq nümunələr götürülərək laborator analizlərə cəlb olunub.
"Görülmüş tədbirlərlə iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Qax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, faktla bağlı tibb müəssisəsinə müraciət edən şəxslərə lazımi tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Hazırda müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Zaqatalada üç nəfər dönərdən zəhərlənib.
Oxu.Az xəbər verir ki, Çobankol kənd sakini, 1999-cu il təvəllüdlü İlqar Əhmədov, 17 yaşlı Mosul kənd sakini və 8 yaşlı Qazangül qəsəbə sakini qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.
Onların dönərdən zəhərləndikləri ehtimal olunur.
Həmin şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Rəylər