Noy
2021
16:36
227
10
1532
Virtual karabakh

“CinemaPlus”un əməkdaşı, Vətən müharibəsi şəhidi Səxavət Həsənovun anım günü qeyd olunub - FOTO

4 Noy, 2021
16:36
1532

“CinemaPlus”un əməkdaşı, Vətən müharibəsi şəhidi Səxavət Həsənovun anım günü qeyd olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olan Səxavət Həsənovun anım günü qeyd olunub.

“CinemaPlus”dan verilən məlumata görə, anım mərasimində şəhidin yaxınları, yerli sakinlər və kinoteatrlar şəbəkəsinin kollektivi iştirak edib.

Səxavətin həmkarları və dostları onunla yaşanan xoş xatirələri yada salıblar. Daha sonra şəhidin məzarı ziyarət edilib. Üzərinə güllər düzülüb və ruhuna dualar oxunub.

Həmçinin Gəncədə bulağa Səxavət Həsənovun adı verilib.

Qeyd edək ki, şəhid 1994-cü ildə Gəncə şəhərində anadan olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına ilk gündən qatılıb.

Ali Baş Komandan tərəfindən ölümündən sonra dörd medal ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri