17 
Yan
2022
16:32
20
80
2853
Virtual karabakh

“Bir gün kinoda” festival filmi yalnız CinemaPlus-da - VİDEO

17 Yan, 2022
16:32
2853

“Bir gün kinoda” festival filmi yalnız CinemaPlus-da - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Hindistan, ABŞ və Fransa istehsalı olan “Bir gün kinoda” dramının nümayişi keçirilir.

Film qismən əsas personaj kimi Qərbi Hindistanın Suaraştra bölgəsində, Qucarat əyalətində bir kənddə doğulub boya-başa çatan rejissorun tərcümeyi-halı üzərində çəkilib.

Rejissor və ssenari müəllifi Pan Nalindir.

Filmin dünya premyerası 10 iyun 2021-ci ildə Tribeca Film Festivalında olub. Daha sonra Pekin Beynəlxalq Film Festivalında nümayiş etdirilən film, burada Tiantan Mükafatına namizəd olub, həmçinin Valyadolid Beynəlxalq Film Festivalında “Ən Yaxşı Film” mükafatını qazanıb.

Baş rollarda Bhavin Rabari, Riça Mina, Rahul Koli və Tia Sebastian yer alıblar.

Film haqqında qısa məlumat:

Filmdəki kimi yaşamaq milyonlarla insanın arzusudur. Kino sehri doqquz yaşlı gənc Samayın ürəyini fəth edəndə, xəyallarının real olması üçün yeri və göyü hərəkətə gətirməyə hazır olan oğlan, onu gözləyən ürəkağrıdan anlardan xəbərsizdir.

Qeyd edək ki, “Bir gün kinoda” filminin eksklüziv hüquqları yalnız “CinemaPlus” kinoteatrında mövcuddur.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri