16 
Fev
2022
13:32
104
38
4409
Virtual karabakh

Səbirsizliklə gözlənilən “Dayı” türk dramı yalnız “CinemaPlus”da - VİDEO

16 Fev, 2022
13:32
4409

Səbirsizliklə gözlənilən “Dayı” türk dramı yalnız “CinemaPlus”da - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 17 fevraldan, çox səbirsizliklə gözlənilən və Türkiyədə məşhurlaşan “Dayı: Bir Adamın Hikayesi” türk dramının nümayişi başlayır.

“CinemaPlus”dan verilən məlumata görə, baş rolu “Ezel” serialında “Dayı” obrazı ilə tanınan Ufuk Bayraktar canlandırıb.

Onu tamaşaçılardan yüksək qiymət alan gözəl aktrisa Gizem Karaca Ermekçi müşayiət edir.

Rejissor və ssenari müəllifi Uğur Bayraktardır.

Film haqqında qısa məlumat: Uşaqlıqdan Cevahir ədalət hissi yüksək olan nadinc bir oğlan idi. O, heç vaxt zəifləri incitməzdi, amma macəralara qarışmağı xoşlayırdı. Qəhrəman böyüyəndə valideynləri ona doğma kəndindən İstanbula getməyi məsləhət görürlər. Orada o, qəhvə dəmləyən Seyfi adlı kişinin yanında işləməyə başlayır. Əvvəlcə hər şey yaxşı gedir, amma tezliklə böyük şəhər oğlanı həyatın ən çirkin tərəfləri ilə üz-üzə qoyur. Uşaqlıqda olduğu kimi ədaləti müdafiə etməyə çalışan qəhrəman quldurlarla qarşılaşmağa başlayır. Lakin indi kənd oğlanı cinayətkarlara layiqli cavab verə bilmir. Ona görə də çox keçmədən Cevahir özü cinayət yoluna düşür. Dürüstlüyü, mərdliyi və ədaləti ilə müəyyən dairələrdə hörmət qazansa da, eyni zamanda özünə çoxlu təhlükəli düşmənlər də qazanır.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri